Aparıcı Nərgiz Cəlilova uzun fasilədən sonra yenidən televiziyaya qayıdıb.
Strateq.az axşam.az-a istinadən xəbər verir ki, o, AzTV-də “Sevilənlər” adlı verilişə aparıcılıq edir. Aprelin 5-də yayımlanan proqramın ilk buraxılışı mərhum bəstəkar Rafiq Babayevə həsr olunub.
Qeyd edək ki, “Sevilənlər” verilişində tanınmış sənət adamlarından danışılacaq.
N.Cəlilova Dövlət Televiziyasında ilk dəfə 1983-cü ildə aparıcılıq edib.