XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 19:56

“Space TV”də əlbəyaxa dava –Aparıcı ilə rejissor işdən qovuldu

Bu gün “Space TV"də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub.

Müsavat.com xəbər verir ki, xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejissor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.

Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağırılıb. Hər iki işçi kanal daxilində etik qaydaları pozduğu üçün işdən qovulub.

Məsələ ilə bağlı KİV təmsilçiləri telekanalın xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı ilə əlaqə saxlayıblar.

Baş verən olayla bağlı ətraflı danışmaq istəməyən xanım aparıcı məlumatı təsdiq edib.