XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 13:20

Bu gün IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olacaq –Detallar

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə Qəbələdə keçirilən IX Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

Proqrama uyğun olaraq iyulun 30-da festivalın 3 konserti və rəsmi açılış mərasimi olacaq. Belə ki, bu gün saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqress Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olacaq. Konsertdə “Furioso” kvarteti musiqisevərlərə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək.

Həmçinin, bu gün Şəki şəhərində Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin möhtəşəm konserti olacaq. Axşam saat 21:00-da isə Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində beynəlxaq musiqi festivalının rəsmi açılış mərasimi olacaq. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti olacaq.