XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 14:22

Azərbaycan həqiqətlərinin təbliğinə həsr edilmiş sayt təkmilləşdirilib

 

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində layihə çərçivəsində “Yenimedia.info” saytı təkmilləşdirilib.

Saytın Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzular və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, adıçəkilən layihə çərçivəsində artıq “Sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda aktiv və düzgün iştirak”, “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış”, “Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda effektli bloqçuluq” mövzularında təlimlər keçirilib. Həmçinin, layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materialların toplandığı kitabçanın çap edilməsi həyata keçiriləcək.