XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 09:28

Asim Mollazadə 2015-ci ilin media mükafatını jurnalistlərə təqdim edib – FOTO

 

asim xaqani.jpg

Demokratik İslahatlar Partiyası (DİP) “22 iyul – Milli Mətbuat Günü” münasibətilə Partiyanın təsis etdiyi «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafatı sahiblərinə təqdim edib.

Təqdimat məqsədilə keçirilən görüşdə partiya sədri Asim Mollazadə qeyd edib ki, DİP bu mükafatı təsis etməklə cəmiyyətə azad və peşəkar medianın inkişafının önəmi ilə bağlı mesaj vermək istəyir. “Müstəqil və demokratik Azərbaycanın qurulmasında, inkişafında əsas yük jurnalistlərin üzərinə düşür. Azərbaycan jurnalistləri kifayət qədər çətin şərtlər altında çalışır və mediamızı inkişaf etdirirlər. Hesab edirik ki, ölkədəki hər kəsin, o cümlədən də, siyasi partiyaların mediaya dəstək verməsi vacibdir» – deyə millət vəkili bildirib.

Sonra o, müvafiq diplomları və mükafatı qaliblərə təqdim edib.

Xaqani Səfəroğlu (strateq.az) – ictimai-siyasi mövzularda peşəkar məqalələrinə, Dilqəm Əhməd (“Gündəlik teleqraf” qəzetinin redaktoru) – Azərbaycanın milli-mədəni və ədəbiyyat tarixinə dair araşdırmalarına, Cəmilə Ələkbərova (“Exo” qəzeti) – sosial və humanitar sahədəki obyektiv yazılarına görə 2015-ci ilin mükafatını qazanıblar.

Qaliblər mükafatlara və partiyanın bu ənənəsinə görə Asim Mollazadəyə təşəkkürlərini bildiriblər. Media tariximizdə böyük rolu olan iki dahi şəxsiyyətın adını daşıyan mükafatı əldə etməkdən qürur hissi keçirdiklərini ifadə ediblər.

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

asim cemile.jpg

asim dilqem.jpg