XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 11:55

Bir neçə tanınmış jurnalist “Lider TV”dən getdi –Aralarında kanalın bədii rəhbəri də var

Daha bir tanınmış şəxs Lider TV ilə yollarını ayırıb.

Məlumata görə, TV-nin bədii rəhbəri, rejissor, əməkdar incəsənət xadimi Etibar Babayev vəzifəsindən istefa verib.

Bildirilir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) keçmiş bədii rəhbəri E. Babayev Lider TV ilə əməkdaşlığa iyun ayının ortalarında başlayıb. Belə ki, o, sözügedən tarixdə TV-nin bədii rəhbəri vəzifəsinə təyin edilib.

E. Babayev "Lider"ə öz komandası ilə birlikdə gəlib. Bədii rəhbər və komandası TV-də yalnız 3 həftə çalışıb. Etibar Babayev getdikdən sonra isə, onunla birlikdə gələnlər də televiziyadan ayrılmaq qərarı veriblər.

Məsələ ilə bağlı Lider TV-dən açıqlama vermək istəməyiblər.

BakuPost.az