XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2015 - 21:19

Vladimir Pozner: “Azərbaycanda söz azadlığının olmasından danışmaq gülməlidir”

 

pozner.JPG

Məşhur rusiyalı telejurnalist Vladimir Pozner Rusiyanın Sankt Peterburq şəhərində keçirilmiş 10-cu beynəlxaq media forumunda çıxışı zamanı Azərbaycanda söz azadlığının olmadığını bildirib.

“Azərbaycanda söz azadlığının olmasından danışmaq gülməlidir. Orada bir-iki qəzetdən başqa müstəqil KİV yoxdur. O qəzetlər də oxucuların ianəsi hesabına çıxır”, -deyə Pozner qeyd edib.

Telejurnalistin sözlərinə görə, mətbuat azadlığı bir dəhlizdir: “Skandinaviya, Avropa, İngiltərə, ABŞ kimi geniş dəhlizlərlə yanaşı, Rusiya və Azərbaycan kimi dar koridorlar da var”.

Qeyd edək ki, 17-21 noyabr tarixlərində keçirilmiş Foruma 38 ölkədən gəlmiş KİV nümayəndələri qatılıb. Azərbaycanı tədbirdə Rusiya-Azərbaycan Dostluq Mərkəzi və AZƏRTAC-ın Rusiya bürosunun rəhbəri Fəridə Abdullayeva təmsil edib.

Forumun “Mədəniyyətlər Dialoqu” nişanı ilə Vladimir Pozner təltif olunub. Mərasimdən sonra Pozner Forum işitrakçıları ilə görüşüb və onların suallarını cavablandırıb.