XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 08:01

Rauf Mirqədirovun məhkəmə istintaqı başa çatıb

rauf mirqed.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə olan proses qapalı keçirilib. İclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bunun üçün proses dekabrın 16-dək təxirə salınıb. apa.az

Qeyd edək ki, R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq, Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.