XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 07:29

AzTV dəyişir – Elsevər Dünyamalıyevin səlahiyyətləri artırıldı
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam edir.
Strateq.az Aznews.az-a istinadən xəbər verir ki, “İdman Azərbaycan” kanalının keçmiş baş direktoru Elsevər Dünyamalıyevin səlahiyyətləri artırılıb:
“AzTV-nin sədri Arif Alışanov Elsevər Dünyamalıyevin səlahiyyətlərinin artırılması ilə bağlı əmr verib. Əmrə əsasən, E.Dünyamalıyev aprelin 7-dən etibarən AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında baş direktor vəzifəsində çalışacaq”.
Məlumata görə, E.Dünyamalıyevin iş funksiyasına hər üç kanalın bütün texniki heyəti və iş qrafikinə nəzarət, verilişlərin keyfiyyəti və qonorarların verilməsi daxildir:
“Bundan başqa, A.Alışanov tanınmış şair Hüseyn Kürdoğlunun Azərbaycan televiziyasında proqram direktoru vəzifəsində çalışan oğlu İlham Alışanovun səlahiyyətlərinin də bir hissəsini onun əlindən alaraq E.Dünyamalıyevə həvalə edib”.
Mənbə bildirib ki, Alışanovun bu təyinatı AzTV-nin bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayevin öz komandası ilə birlikdə işdən çıxması ilə nəticələnib.
Xatırladaq ki, AzTV-nin 4 əməkdaşı – kanalın bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayev, tanınmış rejissor Elnur Məmmədov, “Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və montajçı Feyzulla öz ərizələri ilə işdən çıxıb.
Strateq.az