XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2017 - 20:45

“Azadlıq” qəzetinin sabiq baş redaktoru Gündüz Tahirlinin anası vəfat edib

Tanınmış jurnalist, “Azadlıq” və “Yeni Yüzil” qəzetlərinin sabiq baş redaktoru Gündüz Tahirliyə ağır itki üz verib.

Strateq.az bildirir ki, onun anası Zemfira xanım vəfat edib. ABŞ-da dünyasını dəyişən mərhumənin nəşi sabah Azərbaycana gətiriləcək və Şamaxıda ailə məzarlığında dəfn ediləcək. Hüzr mərasimi Bakıda, avqustun 17-də saat 12-də Heydər məscidində olacaq.

Allah rəhmət eləsin!