XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 13:53

Əfqan Muxtarlının həbs müddəti uzadıldı –Məhkəmə qərarı

Həbsdə olan jurnalist Əfqan Muxtarlının həbs müddəti uzadılıb.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ə. Muxtarlının həbs müddəti iki ay artırılıb.

Rəsmi məumata əsasən, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb