XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 17:47

Birləşmiş Ərəb Əmirlikləri dünya rəqəmsal hökumət üzrə reytinqdə 34 –cüyerə qalxıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2017-ci ildə rəqəmsal hökumətlərin dünya üzrə reytinqində 40-cı yerdən 34-cü yerə qalxıb.

Əmirliyin “Zavyacо” nəşri bu barədə Yaponiyadakı Vaseda universitetinin Elektron Hökumət İnstitutunun son tədqiqatlarına istinadla məlumat verib. Tokio Universitetinin və International Academy of CIO çərçivəsində dünya səviyyəli daha 10 universitetin mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar nəticəsində BƏƏ rəqəmsal hökumətin inkişafına görə 9-cu yeri və istifadəçilərin rəqəmsal fəaliyyətə cəlb edilməsinə görə 7-ci tutub.

2017-ci ildə bu reytinqdə 1-ci yer yenə Sinqapura verilib. İlk onluqda sonrakı yerləri Danimarka, ABŞ, Yaponiya, Estoniya, Kanada, Yeni Zelandiya, Koreya, Böyük Britaniya və Tayvan tutur.

Ərəb ölkələri arasında birinci yeri (və dünyada 41-ci yeri) Bəhreyn, sonrakı iki yeri isə Oman və Səudiyyə Ərəbistanı tutur.

Qeyd edilir ki, regionda lider kimi mövqeyini möhkəmlətməyə çalışan Əmirliklərin növbəti mərhələdə hədəfi istifadəçiləri ən yeni proqram əlavələrinə və mobil hökumət qurulmasına cəlb etməkdən ibarət olacaq.