XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 20:49

İnternetin “gizlətdiyi” gənclər –Yeniyetmələr sosial medianın təzyiqi nəticəsində ikili həyat yaşayırlar

Sosial media getdikcə həyatlarına daha böyük təsir göstərməyə başladığı üçün gənc internet istifadəçiləri ikili həyat sürürlər. Ekspertlər deyir ki, bu onları sağlamlıqları üçün zərərli bir dövrə salır.

“Layklar”, izləyicilər, “dostlar”, internet ulduzları və viral videolar 10 ilə 20 yaş arasındakı insanlar üçün sosial statusun yeni meyarına çevrilib. Çünki onlar artıq hər şeyin bir-biri ilə bağlı olan bir dünyada yaşayan texnologiya nəslinə çevrilib. “Ditch the Label” adlı beynəlxalq onlayn xuliqanlığa qarşı xeyriyyə təşkilatının təsisçisi və baş icraçı direktoru Liam Haketin sözlərinə görə, onlar daha populyar olmaq, cəmiyyət tərəfindən qəbul edilib, onların razılığını əldə edə bilmək üçün onlayn görünüşlərini dəyişirlər. Onlar həyatlarını və təcrübələrini sosial mediada izlədikləri insanların həyatlarına əsasən yaşamağa çalışırlar və başa düşmürlər ki, bu həyatları çoxu pozitiv görünsə də, çox vaxt reallığı əks etdirmir.

Onlayn və offlayn həyatlar

Klinik psixoloq Liza Strohman bunu “ikiyə bölünən həyat tərzi”, yəni telefonlar və texnologiya həyatı adlandırır: “Onların offlayn həyatı çox gözəl deyil, çünki realdır”, -deyə Strohman bildirir: “Ona görə də onlar özlərini reallığın filtr olunmuş, qeyri-real versiyası ilə müqayisə edirlər ki, bu da onların özlərini qeyri-adekvat hissetmələrinə səbəb olur. Və bu gəncləri onlara mənfi təsir göstərən psixoloi vəziyyətə salır”.

Haketin sözlərinə görə bu yaxınlarda “Ditch the Label”in Birləşmiş Krallıqda 10 min insanın iştirakı ilə keçirdiyi bir sorğunun nəticələri göstərir ki, bir çox gənc onlayn mühitdə şəxsiyyətlərini dəyişir, çünki beləcə onlar özlərinə daha inamlı, əyləncəli və daha sevimli hiss edir. Sorğu iştirakçılarının bir çoxu bunu hər zaman etdiyini deyir və əksəriyyət internetdə təkcə müsbət şeylər barədə danışmağa üstünlük verdiyini deyir, çünki onlar neqativ hadisələrin bir tək onların başına gəldiyinə inanır. Haket deyir ki, bu hal gənclərdə “böyük qeyri-məmnunluq hissi” yaradır və onların psixi sağlamlıqlarına mənfi təsir göstərir ki, bu da öz növbəsində nigaranlıq və depressiyaya gətirib çıxarır. (Amerikanın Səsi)