XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 09:53

Azərbaycanda komputerlərin 23 faizi virus təhlükəsi ilə üzləşir –“Kasperski laboratoriyası”nın açıqlaması

Azərbaycanda kompüterlərin 22,81 faizi internet yolu ilə virusa yoluxma riskinə məruz qalır.

Trend-in məlumatına görə, bu barədə “Kasperski laboratoriyası”nın 2017-ci ilin ikinci rübünün yekunlarına həsr olunmuş “İnformasiya təhdidlərinin inkişafı” icmalında deyilir.

Ötən ilin ikinci rübü ilə müqayisədə bu göstərici 24 faiz azalıb. İcmalda qeyd olunur ki, Azərbaycan risk səviyyəsinə görə 8-ci yerdə qərarlaşıb. İlk onluqda Əlcəzair, Albaniya, Belarus, Qətər, Ukrayna, Rumıniya, Tunis və Yunanıstan da yer alıb.

İnternetin ən təhlükəsiz olduğu ölkələr sırasında Kuba, Finlandiya, Sinqapur, İsrail və Yaponiya qərarlaşıb.