XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2015 - 07:41

Jurnalist Gülər Məmmədova – vəfat etdi

 

ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Gülər Məmmədovanın vəziyyəti son günlər ağırlaşmışdı. O, ağciyərlərində problem yarandığına görə üç gün əvvəl süni nəfəs aparatına qoşulmuşdu…

Məlumata görə, uzun müddətdir qan xərçəngindən əziyyət çəkən Gülər Məmmədova Türkiyədə müalicə olunsa da, Azərbaycana qayıtdıqdan sonra vəziyyəti yenidən pisləşib. G.Məmmədova yenidən Türkiyəyə aparılsa da, bu dəfə müalicə nəticə verməyib…

Onu da qeyd edək ki, mərhum jurnalistin Osman və Ayan adında iki azyaşlı övladı var.

Strateq.az-ın kollektivi həmkarımızın vəfatından kədərləndiklərini bildirir, mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirlər. 

Allah rəhmət eləsin!