XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 12:51

“Azadlıq” qəzetinin bölgə müxbirinə hökm oxunub –Doqquz il həbs

Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəmə prosesi başa çatıb.

Hakim Rəşid Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, E. İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, dövlət ittihamçısı E. İsmayıllıya 10 il həbs istəmişdi. Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur. E.İsmayıllı ittiham üzrə özünü təqsirli bilməyib. Saxlanılarkən üzərində olan 1000 manatı tanığı Azər Abbasovdan borc aldığını deyib.

Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. (APA)