XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2015 - 08:27

“Mənim həbsimə heç bir əsas yoxdur” – Baş redaktor

“Mənim həbsimə heç bir əsas yoxdur”.

Bu sözləri Strateq.az-a “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri deyib.

Onun sözlərinə görə, Vergilər Nazirliyinin qəzetin sahibi kimi barəsində çıxardığı 71428 manat cərimə qərarı olduqca qərəzli və heç bir əsasa söykənməyən qərardır:

“Bununla bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına da müraciət ünvanlamışam. Etdiyim müraciətdən bir həftədən çox vaxt keçsə də, hələ də üzləşdiyim problemin həlli ilə bağlı hansısa araşdırma aparılmayıb. Ancaq bu gün saat 10.00-da Yasamal rayon Məhkəməsində qondarma vergi cəriməsinin növbəti prosesi keçirildi. Keçirilən prosesdə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası veriləcəyi diqqətimə çatdırıldı.

Növbəti prosesin 14 yanvar 2016-cı il tarixdə keçiriləcəyi və son çıxışların da olacağı elan olundu”.