XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2017 - 11:58

Jurnalist Azər Hüseynbala infarkt keçirib –Ürək damarına stend qoyuldu

Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib.

Bu barədə jurnalistin oğlu Turqut məlumat verib.

Onun sözlərinə görə, A. Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

***

İnfarkt keçirərək Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.

Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Azər Hüseynbala anjio olunub, ürək damarlarından birinə stend taxılıb.

Hazırda onun vəziyyəti normal qiymətləndirilir.