XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2017 - 20:16

“ANS TV-nin açılması mümkün deyil” –MTRŞ-dən Vahid Mustafayevə cavab gəldi

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.

MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov Azvision.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil.

“Bu barədə Ali Məhkəmənin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq, Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb”, -deyə, T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

MTRŞ rəsmisi əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir. 

Qeyd edək ki, Vahid Mustafayev müsahibəsində ANS-in yenidən açılacağını bildirib.