XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2015 - 13:28

Jurnalist Rauf Mirqədirov məhkəmədə son sözünü dedi

rauf mirqed.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə olan proses qapalı keçirilib. İclasda R.Mirqədirov son söz deyib. O, ittiham üzrə özünü təqsirli bilmədiyini deyib və məhkəmədən bəraət istəyib. (APA)

Bundan sonra hakimlər müşavirəyə gediblər.

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R.Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.