“Görürəm ki, hələ də Azərbaycan mediası çox güclüdür”
Bu gün Bakda dünya xəbər agentlikləri konqresi şurasının III iclası baş tutub.
İclasda 2016-ci ildə Bakıda Azərbaycan Dövlət İnformasiya Agentliyinin ev sahibliyilə keçiriləcək dünya xəbər agentliklərinin V konqresinə hazırlıq işləri müzakirə olunub. Tədbirdə iştirak edən Rusiyanın TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman dünya KİV-lərinin yeni üslubda işləməsindən, xəbərləri daha çox sosial şəbəkələr vasitəsilə yaymağa üstünlük verməsinə toxunub. O, bunun heç də yaxşı hall olmadığını bildirərək ənənəvi vasitələrə üstünlük verən Azərbaycan jurnalistikasının gücündən danışıb:
“Azərbaycan jurnalistikası həmişə cəsarəti və obyektivliyi ilə tanınıb.
Yeri gəlmişkən, mən, indi də qəzetləri və jurnalları izləyir, televiziya proqramlarına baxıram. Görürəm ki, hələ də Azərbaycan mediası çox güclüdür. Bu çox önəmlidi. çünki Azərbaycan bir demokratik ölkə olaraq inkişaf etdiyi üçün azad və güclü mediaya ehtiyac duyur”.(Ans Tv)