XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 15:27

“Telekanaldakı proqramlar nəzərdən keçirilir” –ATV-nin yeni rəhbəri

“Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarına əsasən artıq vəzifəmin icrasına başlamışam”.

Bunu APA-ya açıqlamasında ATV telekanalının yeni rəhbəri Azər Xəlilov deyib.

O bildirib ki, hazırda hazırlıq işləri görülür, telekanaldakı mövcud proqramlar nəzərdən keçirilir.

“Yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək” – A. Xəlilov qeyd edib.