XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 08:45

ANS Teleradio Şurasını boykot etdi

 

 

mtrs.jpg

Milli Televiziya və Radio Şurasının son iclasında “ANS Müstəqil Yayım və Media Şirkəti”ndən heç kim iştirak etməyib.

Halbuki Şuranın iclasından 10 gün qabaq biz onlara iclasda iştirak etmək üçün dəvət göndərmişdik”. Bunu apa.az-a açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədli deyib.

O bildirib ki, inzibati protokollarla tanış olmaq üçün “ANS Müstəqil Yayım və Media Şirkəti”nin nümayəndəsi Şuraya gəlməyib:

“Protokol tərtib olunanda onları dəvət etdik, rəsmi bildiriş göndərdik, yenə də heç kim gəlmədi”.

T.Məmmədli qeyd edib ki, 161 min manat cərimə ilə bağlı “ANS Müstəqil Yayım və Media Şirkəti”nin MTRŞ-i məhkəməyə verməsi ilə bağlı hər hansı bildiriş almayıblar.