XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 21:20

Facebook şirkətinin təmsilçiləri ABŞ Senatında ifadə verir –Rusiya ilə bağlı

Facebook şirkətinin təmsilçiləri ABŞ Nümayəndələr Palatası və Senatın Kəşfiyyat Komitələri ilə ötən il Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə dair müzakirələr keçirir.

Bağlı qapılar arxasında keçirilən bu görüş Facebook-un 3 min reklamın açıqlanması və öz platformasını daha şəffaf etmək istədiyini bildirməsindən sonraya təsadüf edir.

Məqsəd yalan xəbərlərin yayılması və kiminsə müəyyən istifadəçilərin yazdığına müdaxilə etdiyinin arşdırılmasıdır. Facebook, Tvitter və Google-ın ana şirkəti Alphabet bu ay Nümayəndələr Palatası, noyabrda isə Senatın komitələrində ifadə verəcək. (Amerikanın Səsi)