XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 13:21

“Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin” –Əflatun Amaşovdan "reket"lər haqda açıqlama

Azərbaycan Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Bunu MŞ sədri Əflatun Amaşov deyib.

O bildirib ki, Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası fəaliyyətini genişləndirib: "Məbuat Şurasının üzvləri, media nümayəndələri həmin komissiyanın işində iştirak edirlər. Artıq bundan sonra Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri iclaslarda iştirak edəcəklər. Reketliklə bağlı məsələni daha geniş müstəvidə müzakirə edəcəyik. Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin”.

Mətbuat Şurasının sədri qeyd edib ki, ayrı-ayrı əlaqədar dövlət qurumlar öz nümayəndələrini "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına təhkim ediblər.

 

Şura sədri qeyd edib ki, yaxın vaxtlarda komissiyanın iclası keçiriləcək/Report.