XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 13:30

Ali Məhkəmə jurnalist Rauf Mirqədirova bəraət vermədi –Proses

Ali Məhkəmədə jurnalist Rauf Mirqədirov barəsindəki hökmdən verilən şikayətə baxılıb. 

Vəkil Fuad Ağayev APA-ya deyib ki, şikayət təmin edilməyib. 

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti cəza təyin edib və o, məhkəmə zalından azadlığa buraxılıb. Kassasiya şikayətində Ali Məhkəmənin ona bəraət verməsi istənilib.