XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

05 Oktyabr 2017 - 14:38

Azərbaycan Avropa İttifaqının keçirdiyi kibertəhlükəsizliklə bağlı konfransda iştirak edir

Bu gün Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Estoniya Aİ-nin Şərq tərəfdaşlığı proqramına üzv ölkələrdə elektron idarəçiliyin inkişafı və kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə keçirilən konfransa ev sahibliyi edəcək.

Aİ-nin Azərbaycandakı ofisindən Strateq.az saytına bildiriblər ki,  konfransdan sonra Şərq tərəfdaşlığı proqramına üzv ölkələrin nazirlərinin rəqəmsal iqtisadiyyata dair ikinci görüşü, nöbəti gün isə Aİ-nin nazirləri səviyyəsində elektron hökumət konfransı baş tutacaq. 

Tallində keçiriləcək Elektron Tərəfdaşlıq Konfransı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna, eləcə də Aİ-nin üzv dövlətlərindən olan 150-dən çox mütəxəssis və hökumət nümayəndəsini bir araya gətirəcək. İştirakçılar Şərq tərəfdaşlığı ölkələrində hökumətlərin fəaliyyətində şəffaflığı artırmaq üçün informasiya və kommunikasiya texnologiyalarından necə istifadə edildiyinə dair müzakirələr aparacaq. Konfrans həmçinin regionda kiberfəzanın mühafizəsi və təhlükəsizliyini qiymətləndirmək, eləcə də bu sahədə görülən işləri təkimlləşdirmək üçün fikir mübadiləsi aparmaq imkanı verəcək.

Avropa Komissiyasını Tallində təmsil edəcək Andrus Ansip, Rəqəmsal Vahid Bazar məsələləri üzrə Vitse Prezident, tədbirlərdən əvvəl bildirib ki, Aİ Şərq tərəfdaşlığı ölkələri ilə rəqəmsal sahədə sıx əməkdaşlığı davam etdirir və iqtisadiyyatları inkişaf etdirmək, elektron xidmətləri genişləndirmək, rəqəmsal sənayedə yeni iş yerlərini yaratmaq və Şərq tərəfdaşlığı ölkələri arasında rouminq tariflərini azaltmaq üçün yüksək sürətli və geniş zolaqlı internetin çəkilməsini təşviq edir. Onun fikrincə, rəqəmsal həllərin istifadə olunması idarəçiliyə səmərəlilik və şəffaflıq, vətəndaşlara isə fayda verir.

Xatırladaq ki, Elektron Tərəfdaşlıq Konfransı Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzi (ECEAP) və e-Hökumət Akademiyasının (EGA) Avropa Komissiyası və Estoniyanın Xarici İşlər Nazirliyi ilə tərəfdaşlığı nəticəsində təşkil olunur.  Avropa İttifaqı EaP Connect layihəsinin icrası üçün 13 milyon avro sərmayə yatırıb. 2015-ci ildən 2020-ci ilə kimi icra olunan layihənin məqsədi altı tərəfdaş ölkə arasında yüksək sürətli rəqəmsal əlaqələri təkmilləşdirməkdir.

Laçın

Strateq.az