Xoşqədəm Hidayətqızı ATV-dən ANS-ə keçdi
Teleaparıcı Xoşqədəm Hidayətqızı işindən azad edilib.
Strateq.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, Xoşqədəm Hidayətqızının verilişi “Səni axtarıram” bundan sonra ATV də deyil, yeni kanalda – ANS-də yayımlanacaq. Verilişin həftədə beş gün yayımlanması gözlənilir.
ANS kanalından faktı Lent.az-a təsdiqləyiblər. Kanaldan bildirilib ki, bununla bağlı yaxın günlərdə Xoşqədəm Hidayətqızı özü geniş açıqlama verəcək.