XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 22:35

Apellyasiya Məhkəməsi Xədicə İsmayılovanın ölkədən çıxışına icazə verməyib

Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın aradan qaldırılması ilə bağlı müraciətinin təmin edilməməsi barədə Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib.

X.İsmayılova Binəqədi rayon Məhkəməsinə müraciət edərək, ölkədən çıxışına qadağanın aradan qaldırılmasını istəmişdi.

Jurnalist müraciətində göstərib ki, peşə fəaliyyəti ilə əlaqədar bir sıra beynəlxalq tədbirlərə dəvət olunsa da, bu məhdudiyyət üzündən iştirak edə bilmir. Binəqədi Rayon Məhkəməsi avqustun 10-da jurnalistin iddiasını təmin etməyib. Apellyasiya şikayəti də həmin qərardan verilib. Bakı Apellyasiya Məhkəməsində Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. X.İsmayılova ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı daha bir müraciətinə isə oktyabrın 10-da yenə Binəqədi Rayon Məhkəməsində baxılacaq. X.İsmayılova bundan öncə də iki dəfə məhkəməyə müraciət edib. Jurnalist beynəlxalq tədbirlərə qatılmasına imkan yaradılmasını xahiş edib. Ancaq hər dəfə araşdırmaçı-jurnalistin müraciəti rədd olunub.