XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Oktyabr 2017 - 21:16

Baş nazirin offşor qalmaqalından yazan jurnalistin avtomobili partladıldı –FOTOLAR


Maltada avtomobilin partladılması nəticəsində yerli jurnalist xanım Dafna Karuna Qalitsia həlak olub.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, partlayış oktyabrın 16-da gündüz Bidnidə qeydə alınıb. Partlayış o dərəcədə güclü olub ki, avtomobil kiçik hissələrə parçalanıb, sürücünü meyiti isə tarlaya düşüb. Partlayışa nəyin səbəb olduğu hələ ki məlum deyil. Qalitsia bundan əvvəl yerli polisə hədələnməsi haqda şikayətlə müraciət edib. 

Qeyd edək ki, Dafna Karuna Qalitsia ölkənin baş nazirinin də adı hallanan Panama dosyesi ilə bağlı özünün jurnalist araşdırmaları ilə məşhur idi.