XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2016 - 12:34

Böhran ANS-i də “vurdu”, telekanaldan “qopma”lar başladı – Açıqlama
 
Şoumen Kamran Həsənli ANS-dən ayrılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
 
K.Həsənli AzNews.az-a açıqlamasında bildirib ki, ANS-lə yollarını 1 ay əvvəldən ayırıb. Onun sözlərinə görə, ANS-də müəyyən maliyyə çətinlikləri yaranıb və bu səbəbdən də aparıcılıq etdiyi veriliş bağlanıb.
 
Telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri Afət Rahilqızı da ANS-lə yollarının ayrıldığını təsdiqləyib: “ANS-dən iki həftədə bundan əvvəl çıxmışam”.
 
Qeyd edək ki, ANS televiziyasından maliyyə problemi yarandığından ixtisarlar olunub. Bu üzdən də ANS kanalı bir neçə tanınmış sima ilə yollarını ayırıb. Onların arasında məşhur şoumen Kamran Həsənli və telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri olmuş Afət Rahilqızı da var.