XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 17:01

“MuzTV”-yə peyk yayımı üçün lisenziya verildi –MTRŞ-dən İP TV- lərlə bağlı qərar


Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

 MTRŞ-dan verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.  İclasda “Muz  TV Azərbaycan” MMC-yə  peyk yayımı üçün, “AZTELEKOM”  MMC-yə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi MMC-yə, “CLİP TV”  MMC-yə, “MetroNet”  MMC-yə, “AzFiberNet” MMC-yə, “Rahat Telecom” MMC-yə, “FARAON – 1” MMC-yə, “Qafqaznet” MMC-yə, “Teleport” MMC-yə, “Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.