Rusiya prezidenti Vladimir Putin özünə internet üzrə müşavir təyin edib.
Strateq.az bildirir ki, Putin bununla bağlı imzaladığı sərəncama əsasən internetin inkişafı üzrə İnstututun rəhbəri German Klimenkonu bu posta təyin edib.
Klimenko ölkədə internetin inkişafı ilə bağlı məsələləri kurasiya edəcək.
Qeyd edək ki, ötən ay Putin ölkənin İT şirkətləri ilə görüşündə inandıqları və etibar etdikləri şəxsi müəyyən etməyi təklif etmişdi. Forum işitrakçıları yekdilliklə Klimenkonun namizədliyini irəli sürmüşdülər.