XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Oktyabr 2017 - 17:02

“Exo Moskva” radiosunun əməkdaşını blçaqlayan şəxsin adı məlum oldu –FOTO

"Exo Moskva" radiostansiyasının redaksiyasında jurnalist Tatyana Felqenhauerə qarşı hücumdan sonra adam öldürməyə cəhdlə bağlı cinayət işi açılıb.

 "RİA Novosti" xəbər verir ki, jurnalistə hücum edən 48 yaşlı İsrail vətəndaşı Boris Qrits olub. Radiostansiyanın baş redaktoru Aleksey Venediktov yaralı jurnalistin hazırda əməliyyat masasında olduğunu, həyati təhlükəsinin olmadığını bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 23-də naməlum şəxs mühafizəçinin üzünə gözyaşardıcı qaz sıxaraq "Exo Moskva" radiostansiyasının binasına daxil olub. Ardından o, liftlə redaksiyaya qalxıb və aparıcı Tatyana Felqenhaueri boğazından yaralayıb.