XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

23 Oktyabr 2017 - 21:00

Məhkəmə jurnalist Əfqan Muxtarlının şikayətini rədd edib

Oktyabrın 23 də Bakı Apellyasiya Məhkəməsi həbsdəki jurnalist Əfqan Muxtarlının şikayətini rədd edib.

Bu haqda vəkil Zübeydə Sadıqova bildirib. Vəkil sözlərinə görə, şikayət jurnalistin həbs müddətinin artırılması barədə məhkəmə qərarından verilib. Z.Sadıqova deyib ki, Əfqan Muxtarlı da prosesdə çıxış edib: “Mənə qarşı istintaq təcridxanasında ayrı-seçkilik edirlər. Yaxınlarımla telefonla danışmaq hüququmu məhdudlaşdırıblar. Yaxınlarımla görüşməyə də icazə vermirlər. Bütün bunlar mənim əsassız həbs edilməyimi təsdiqləyir”, -vəkil Muxtarlıya istinadən deyib. Vəkilin sözlərinə görə, Ə.Muxtarlı sağlıq durumundakı problemlərdən də bəhs edərək, həbs müddətinin artırırılması ilə bağlı qərarın ləğvini istəyib. Vəkil bildirir ki, məhkəmə heyəti şikayəti rədd edərək Nəsimi Rayon Məhkəməsinin jurnalistin həbs müddətinin dekabrın 20-dək artırmasına dair qərarı qüvvədə saxlayıb.

Z.Sadıqova məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib.