“Həftə içi” qəzetinin bölgə müxbiri Səxavət Musa oğlu Məmmədli bu gün Şirvan şəhərində baş vermiş yol qəzasında dünyasını dəyişib.
Strateq.az hafata.az-a istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində yaşanıb.
SOCAR-a məxsus 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən zaman qəzetin əməkdaşını vurub. Xəstəxanaya çatdırılan S.Məmmədli orada dünyasını dəyişib.
Qeyd edək ki, 1956-cı il təvəllüdlü S.Məmmədli uzun illər ölkənin bir çox tanınmış mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərib. Bu illər ərzində çoxsaylı diplom və mükafatlara layiq görülüb.
Allah rəhmət eləsin!