XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 10:58

CNN-nin əməkdaşı Azərbaycanda “qara siyahı”ya salındı –XİN-dən açıqlama

CNN telekanalının şou aparıcısı, baş aşbaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Twiter" səhifəsində yazıb.

H. Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də qanunlarını pozduğu üçün E. Burdenin "qara siyahı"ya salınmasına qərar verilib. 

Xatırladaq ki, CNN-in əməkdaşı oktyabr ayında “Entoni Burden: bilinməyən yerlər” teleşousu üçün işğal altındakı Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib/APA.