XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 17:01

Mehman Əliyev 2017-ci il üçün “Mətbuat Azadlığı” mükafatına namizəd göstərilib

“Sərhədsiz Reportyorlar" və TV5-Monde telekanalı bu il üçün Mətbuat Azadlığı mükafatının qalibinin adını noyabrın 7-də elan edəcək.

Mərasim Strasburqda Demokratiya Naminə Ümumdünya Forumu çərçivəsində keçiriləcək. Prosedura əsasən cəmi üç laureat olacaq: jurnalist, bloger və media qurumu.

Bu il "Sərhədsiz Reportyorlar" tərəfindən cəsarəti, peşəkarlığı, müstəqilliyi və söz azadlığına sadiqliyi nəzərə alınaraq 18 jurnalist, bloger və KİV seçilib. Onlardan üçü noyabrın 7-də Strasburqda RSF-TV5 Monde Mətbuat Azadlığı mükafatını alacaqlar. Turan agentliyinin direktoru Mehman Əliyev "Jurnalist" kateqoriyasında nominant göstərilib.(Amerikanın Səsi)