XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 10:46

Tvitter Rusiyanın informasiya ruporlarını bağladı –  “Sputnik” və RT-nin bütün reklamları yasaqlandı

Tvitter Rusiyanın sponsoru olduğu “Sputnik” və RT xəbər agentliklərinin platformasında bütün reklamlarını yasaqladığını bəyan edib.

Şirkətin bəyanatında deyilir ki, bu, istifadəçilərinin toxunulmazlığının müdafiəsində atılan addımın bir hissəsidir. Tvitter yanvar ayında Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsinə dair Amerikanın kəşfiyyat orqanlarının hesabatına əsasən bu ölçüyə əl atıb: “Cari ilin əvvəlində Amerikanın kəşfiyyat orqanları RT və Sputnik-in seçkilərə müdaxiləsində rol oynadığını bəyan edib. Biz bu halı platformamızda görmək istəmirik” , – şirkətin bəyanatında deyilib.

Tvitter ötən ay bildirmişdi ki, ABŞ seçkisinə təbliğatla müdaxilə edilməsi iddialarına dair aparılan təhqiqat çərçivəsində Rusiyaya bağlı 200 hesabı bağlayıb. Facebook və Google bu yaxınlarda bəyan etmişdi ki, Rusiya əməliyyatçıları olduğu düşünülən şəxslər reklam platformaları alaraq bölücü siyasi məzmunlu postlar yayıb. RT öz saytında dərc etdiyi bəyanatda bildirir ki, şirkət internetdə heç bir qanunsuz əməllə məşğul olmayıb və ABŞ seçkisinə müdaxilə məqsədilə Twitter də daxil olmaqla, heç bir platformadan istifadə etməyib.

“Sputnik” Tvitter-in qərarı ilə bağlı hələlik şərh verməyib. Tvitter bildirib ki, bu iki təşkilat plattformada istifadəçi kimi qala bilər, lakin heç bir reklamı satın ala bilməz. Şirkət 2011-ci ildən bəri Rusiyanın xəbər agentliklərinin reklamlarından əldə etdiyi 2 milyon dollarlıq gəlirin Twitter-dən istifadə araşdırmalarına sərf edəcəyini deyib. (Amerikanın Səsi)