XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

30 Oktyabr 2017 - 17:47

“Azərkosmos” “İnterAz” TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb

Azərkosmos İnterAzın yayımının dayandırılmasının səbəbini açıqlayıb.

“Azərkosmos” ASC “İnterAz” televiziya kanalının “Azerspace-1” peyki üzərindən yayımının dayandırılmasına münasibət bildirib. “Azərkosmos” ASC-nin mətbuat xidmətindən bildirilib ki, “İnterAz” televiziya kanalı “Azərkosmos” ASC ilə imzalanmış müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib. Buna görə də televiziya kanalının “Azerspace-1” peyki üzərindən yayımı dayandırılıb. Qeyd edək ki, ötən həftədən etibarən telekanalın yayımı dayanıb. “İnterAz”-dan mətbuata bildirilib ki, telekanalın yayımında yaranan problem texniki nasazlıqla bağlıdır.

Xatırladaq ki, telekanalın baş ofisi Moskvada yerləşir. Telekanal Azərbaycan və rus dillərində verilişlər yayımlayır. “İnterAz” telekanalı “Azerspace-1” peyki vasitəsilə yayımlanır.(APA)