XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 16:09

Türkiyənin “Kanal A” televiziyası yayımını dayandırdı –Açıqlama

Türkiyənin “Kanal A” televiziya kanalı yayımını bir müddətlik dayandırıb.

Bu haqda TV-nin rəhbərliyi açıqlama yayıb.

“1996-cı ildən bu günədək inandığımız dəyərlər çərçivəsində obyektiv xəbərçilik etməyə və təhlillər verməyə çalışdıq. FETÖ-çular başda olmaqla bir çoxlarının təzyiq və təqiblərini əzmlə dəf etdik. Çətin və hərəkətli hadisələr zamanı vətənimiz, millətimiz və mənəviyyatımız üçün sürəkli olaraq ortaq dəyərləri gündəliyə çıxardıq. “Ruzini verən Allahdır” düşüncəsi ilə fəaliyyət göstərdik… Beləliklə, “Kanal A” yayımına bir sıra səbəblərdən ara verir. “Radio A” və www.kanalahaber.com fəaliyyətini davam etdirəcək”, – deyə telekanalın açıqlamasında vurğulanıb/Report.