XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2017 - 12:23

“Washington Post”:"Ermənistandakı "Metsamor" həyatla ölüm arasında yaşayan şəhərdir"

ABŞ-ın məşhur “Washington Post” qəzeti Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasının (AES) işçilərinin gündəlik həyatı barədə fotogörüntülər dərc edib.

Qəzetin internet portalında AES-in eyniadlı şəhərin yaxınlığında yerləşməsi və sakinlərin burada işləməsi barədə reportaj yer alıb.

Qeyd olunur ki, şəhərin 10 min sakinindən min nəfəri AES-də işləyir: “Bu stansiya azı iki səbəbdən narahatlıq mənbəyidir: stansiya saxlama konteynerləri olmadan tikilib və seysmik zonada yerləşir. Faktiki olaraq, AES dağıdıcı zəlzələdən sonra 1989-cu ildə fəaliyyətini dayandırmışdı. 2011-ci ildə “National Geographic” hesab edirdi ki, bu, dünyanın ən təhlükəli atom elektrik stansiyasıdır”.

Bütün bu risklərə baxmayaraq, AES hələ də açıqdır və insanlar hələ də işçilər üçün yaradılmış şəhərdə yaşayır.

Reportajda qeyd olunur ki, şəhər "şübhə və qorxu, yoxsulluq və sağ qalma, həyat və ölüm arasında" qalıb/Trend.