Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet resursunun fəaliyyəti müvəqqəti dayandırılıb.
Buna səbəb elektron informasiya resursunun təhlükəsizlik tələblərinə cavab verməməsi göstərilir. Azərbaycanın informasiya təhlükəsizliyi bazarındakı mənbə Trend-ə bildirib ki, bu, dövlət qurumuna məxsus saytın fəaliyyətinin rəsmi şəkildə dayandırıldığı ilk haldır.