XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2017 - 14:13

Diktor Rafiq Hüseynov dəfn olundu –Yasamal qəbiristanlığında

Xalq artisti, diktor Rafiq Hüseynov dəfn olunub.

O, Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Dövlət Mahnı Teatrında Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, nazirlər, ictimaiyyət nümayəndələri iştirak edib. Vida mərasimi başa çatdıqdan sonra Rafiq Hüseynovun cənazəsi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb. Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.