I
ABŞ prezidenti Donald Trampın Twitter hesabı cümə axşamı bir neçə dəqiqə müddətində ləğv edilib.
Twitter-in daxili araşdırması nəticəsində məlum olub ki, Trampın hesabı 11 dəqiqə ərzində deaktiv olub. Şirkət əlavə edib ki, prezidentin hesabı sonuncu iş günündə olan müştəri xidmətləri əməkdaşı tərəfindən ləğv edilib. Şirkət insidentin nəticələrini araşdırmağa davam edir.
Ağ Ev prezidentin Twitter hesabının ləğv edilməsi ilə bağlı heç bir şərh verməyib. (Amerikanın Səsi)