XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 09:30

Suriyada 4 rus jurnalist və 5 istehkamçısı yaralanıb –Rusiya Müdafiə Nazirliyi

Suriyada idarə olunan partlayıcı qurğunun partlaması nəticəsində Rusiyanın NTV və “Zvezda” telekanallarında çalışan jurnalistlər yaralanıb. 

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

“Noyabrın 6-da rusiyalı jurnalistlər Deyr əz-Zor şəhərinin küçələrinin birində çalışarkən, terrorçuların məsafədən idarə olunan partlayıcı qurğusu partladılıb. Partlayış nəticəsində 4 rusiyalı jurnalist və Rusiya ordusunun 5 istehkamçısı yaralanıb.

Yaralılar “Xmeymim” aviabazasına çatdırılıb. Onların həyatına hazırda heç bir təhlükə yoxdur".

APA