XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2017 - 22:00

Vergilər Nazirliyi “Turan” da yoxlama və sanksiyalarla bağlı qərarını ləğv etdi

Vergilər Nazirliyi Turan İnformasiya Agentliyinin iki şikayətini təmin edib. Bunlar vergidən yayınma haqda qərarın ləğvi, həmçinin avqustun 16-da keçirilən 2010-2017-ci illər üçün səyyar vergi yoxlamasının etibarsız tanınması və qanunsuz təyinatı barədə şikayət idi.

Noyabrın 8-də Vergilər Nazirliyi sistemində agentliyin poçt qutusuna 38 min manatdan çox vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş, həmçinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üçün səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarının ləğvi haqda nazir müavini İlkin Vəliyevin məktubu daxil olub.

Yoxlamanın ləğvi barədə rəsmən bəyan edilmiş 6 noyabr tarixli qərar agentliyə noyabrın 13-də daxil olub. Ancaq agentlik 38 min manatdan çox vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu hələlik almayıb.

Sonuncu dəfə Turan noyabrın 6-da Vergilər Nazirliyinə müraciət edərək 2010-2017-ci illər üçün vergi yoxlaması barədə qərarın qanunsuz olduğunu bildirib.

Yeni yaranmış vəziyyətlə əlaqədar Turan agentliyi noyabrın 10-da təsərrüfat-maliyyə fəaliyyətini bərpa etməsi barədə Vergilər Nazirliyini məlumatlandırıb. Qeyd etmək lazımdır ki, agentlik cinayət işinə xitam verilməsi barədə qərarı indiyədək almayıb, baxmayaraq ki, bu yaxınlarda Baş Prokurorluğa müraciət edib. Oktyabrın 30-da Vergilər Nazirliyi cinayət işinə xitam verib, noyabrın 2-də isə Baş Prokurorluq tərəfindən təsdiqlənib.