XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Noyabr 2017 - 10:29

Moskva ABŞ-ın tanınmış TV və radiolarını “xarici agent” elan edir –Vaşinqton bu qərardan narahatdır

ABŞ-ın Rusiyadakı səfiri Moskvanın Amerika dövlətinin maliyyələşdirdiyi xəbər agentliklərinin xarici agentliklər kimi qeydiyyatdan keçməsi yolunda atdığı addımları tənqid edib.

Con Hantsman deyib ki, Rusiyanın RT kanalının ABŞ-da qeydiyyatdan keçmə göstərişinə verdiyi reaksiyası qarşılıqlı deyil. Səfir Risiyanın qərarının qüvvəyə mindiyi halda agentliklərin Rusiyadakı fəaliyyətinin qeyri-mümkün olacağını bildirib.

O, RT-nin Amerikada qeydiyyatdan keçirilməsinin kanalın fəaliyyətinə məhdudidyyətlər tətbiq edilməsi üçün deyil, onun fəaliyyətinin şəffalığına xidmət etdiyi deyib. Rusiyanın Ədliyyə Nazirliyi “Amerikanın Səsi”, “AzadlıqRadiosu/Azad Avropa” və digər 7 kanalın qanunun təsirinə məruz qalacağını bəyan edib. “Amerikanın Səsi”nin direktoru Amanda Bennet məhdudiyyətlərin məlumat toplanmasına necə təsir edəcəyini bilmədiyini, lakin “Amerikanın Səsi”nin qanuni olaraq müstəqil, qərəzsiz bir təşkilat kimi öz prinsiplərə sabiq qalacağını bildirib.

Rusiya parlamentinin aşağı palatası-Duma çərşənbə günü hökumətin xarici media qurumlarını xarici agent kimi qeydiyyata almasına imkan verən qanunu qəbul edib. Bu addım ABŞ-ın Rusiya telekanalına qarşı irəli sürdüyü tələblərə cavab olaraq atılıb.

Dumada qanun Rusiya dövləti tərəfindən maliyyələşdirilən RT (Russia Today) telekanalının ABŞ-ın Ədliyyə nazirliyində xarici agent kimi qeydiyyatdan keçməsindən bir neçə gün sonra qəbul edilib. ABŞ-ın kəşfiyat agentlikləri RT tele-kanalının Kreml tərəfindən 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə məqsədilə alət kimi istifadə edildiyini iddia edir.

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın RT ilə əlaqədar tələblərini kəskin tənqid edərək, bunun söz azadlığına hücum olduğunu bildirib və Rusiyanın buna cavab verəcəyi ilə təhdid edib. Qanunun əleyhdarlarının bildirdiyinə görə, siyasi fəaliyyət anlayışı o qədər geniş mənada istifadə edilə bilər ki, bununla istənilən QHT-ni hədəf almaq mümkündür.

“Amnesty International” təşkilatı yeni qanunu media azadlığına hücum kimi kəskin tənqid edib.