XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 11:37

İşçilərinin 264 min manatını ələ keçirməkdə təqsirləndirilən baş redaktorun məhkəməsi başladı –İttiham elan olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Strateq.az "Report"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

G.Hüseynov ittiham aktının sürətini almadığını, istintaq dövründə təzyiq altında imza atdığını bildirib: "Məhkəmədən saxlanıldığım təcridxanaya göndərilən bildirişi ayın 18-də almışam".

Daha sonra G.Hüseynovun imzaladığı protokol elan edilib.

Məhkəmə təqsirləndirilən şəxsə ittiham aktının sürətini təqdim edib.

Məhkəmənin hazırlıq iclası noyabrın 28-də davam etdiriləcək.

İttiham aktına əsasən, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.