XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 10:45

ANS-in sabiq jurnalisti Almaniyadan sığınacaq istədi:“Azərbaycanı birdəfəlik tərk etdim!”

Fəaliyyəti dayandırılan ANS TV-nin sabiq aparıcısı   Tünzalə Rafiqqızı Azərbaycanı birdəfəlik tərk edib.

Jurnalist Almaniyadan siyasi sığınacaq üçün müraciət edib.Bu barədə T. Rafiqqızının özü facebook hesabında yazıb.

"Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gətirib, bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Men 40 illik həyatimi, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim”.

Qeyd edək ki, T.Rafiqqızı ANS bağlandıqdan sonra "Space” telekanalında işə düzəlmişdi. Bir müddət sonra oradan qalmaqalla ayrılmışdı.